15 C
Baku
Thursday, March 28, 2024

LinkedIn yaradıcısı Change.org-a 30 milyon dollar yatırıb

Banker.az xəbər verir ki, LinkedIn şəbəkəsinin yaradıcısı və Facebook şirkətinin ilk investorlarından biri olan Reid Hoffman petisiya yaradılması üçün xidmət olan Change.org-a 30 milyon dollar dəyərində investisiya yatırıb.

Hoffman ilə yanaşı investisiya raundunda Microsoft rəhbəri Bill Gates və Y Combinator prezidenti Sam Altman da iştirak edib. Müqavilənin şərtləri haqqında isə əlavə məlumat verilməyib. Lakin Fortune nəşri qeyd edir ki, bu son illər ərzində Hoffman-ın nəhəng şəxsi investisiyalarından biridir.

Hazırda Change.org saytından 180-dən çox istifadəçi istifadə edir və Change.org-un fəalliyət göstərdiyi 10 il ərzində 1 milyondan çox petisiya yaradılıb.

Son xəbərlər
Digər xəbərlər