15 C
Baku
Friday, April 26, 2024

Lirənin ucuzlaşmasına sevinənlər nəzarətə götürülüb

Türk lirəsinin dollar qarşısında mövqeyini itirməsi fonunda sosial media hesablarına nəzarət güclənib.

Türkiyə mediasına istinadən, İstanbul Respublika Prokurorluğu 346 sosial media hesabı haqda istintaq başladıb.

Prokurorluğun verdiyi bəyanatda bu hesabların sosial şəbəkələrdə dolların məzənnəsinin yüksəlməsi barədə provokasiya edici paylaşmalar etdikləri bildirilir.

“07.08.2018-ci il tarixində dolların məzənnə yüksəlişini provokasiya və ictimai rəyə təsir edən paylaşmalar edən 346 sosial media hesabı təsbit edilib və mövzu ilə bağlı araşdırma başladılıb” – bəyanatda deyilir.

Bütün bu paylaşmaların iqtisadi təhlükəsizliyə xələl gətirdiyi vurğulanıb və buna nəzarət ediləcəyi qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl verilən xəbərdə Türkiyədə bir dolların 7,21 lirəyə çatdığı bildirilib.

– Modern.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər