15 C
Baku
Friday, April 26, 2024

Lisenziyasının ləğv ediləndən sonra sosial media hesabından ürək dağlayan açıqlaması

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası ləğv edildi. Bu hadisədən sonra sosial media platformalarında reklamları hələ də davam edən “DəmirBank”ın facebook hesabından az əvvəl rəsmi açıqlama yayımlandı. Lisenziyası ləğv edilən bank, müştəriləriniə aşağıdakı çağırışı etdi:

“Bildiyiniz kimi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası ləğv edilmişdir. Fəaliyyətdə olduğumuz müddət ərzində Sizlərə yüksək xidmət göstərməyə, gözləntilərinizi təmin etməyə çalışmışıq. Bildirmək istəyirik ki, bankımızın əmanətçilərinin qorunan əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən mümkün qısa zaman ərzində geri qaytarılacaqdır. Digər öhdəliklərin qaytarılmasına dair işlər qanunvericilik çərçivəsində ləğvedici təyin edildikdən sonra, müvafiq növbəlilik prinsipinə əsasən aparılacaqdır. Bununla bağlı mütəmadi olaraq Bankımızın rəsmi sosial şəbəkə səhifələri vasitəsi ilə məlumat veriləcəkdir. İnanırıq ki, hər bir müştərimiz sonda Dəmir Bankı xoş təəssüratla xatırlayacaq. Uğurlar.”

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər