8 C
Baku
Thursday, March 28, 2024

“Liverpool FC” çinlilərə satılır

Çinli iş adamları daha bir Avropa nəhəngini “ələ keçirmək” fikrinə düşüblər. Xarici mətbuata istinadən məlumatına görə, “Milan”dan sonra indi də “Liverpul”un çinlilərə satılması gündəmə gəlib.

Bu barədə məlumatı “qırmızılar”ın səhmlərinə sahib olan “Fenway Sports Group” yayıb. Şirkətin mətbuat katibi klubun maliyyə gücünün və futbol yatırımların artırılması üçün səhmlərin bir hissəsinin çinlilərə satılacağını açıqlayıb. O, bu barədə danışıqların artıq aparıldığını da vurğulayıb.FSG

Bu isə azarkeşlərin ürəyincə olmayıb. Fanatlar “Liverpul”un satılacağı ilə bağlı çıxan xəbərdən sonra klubun elektron adresinə minlərlə etiraz məktubu göndəriblər.

Apasport.az

Son xəbərlər
Digər xəbərlər