15 C
Baku
Saturday, April 20, 2024

Lizinq – biznesə kömək vasitəsi kimi

İlk baxışdan adi icarəyə bənzəsə də lizinq iqtisadiyyatda özünə məxsus yerə sahibdir. İcarə ilə lizinq arasında fərq ondan ibarətdir ki, icarə icarəyə verənlə icarəyə götürən arasında ehtiyat tədbirlər üçün müqavilənin imzalanmasını tələb etmir. Lizinq də isə belə bir sənəd mütləqdir. Beləliklə lizinq – fizişi şəxs və yaxud təşkilatın digər bir fiziki şəxs və yaxud şirkət ilə razılıq əsasında hər hansı bir məhsul və yaxud kapital əldə edir. Daha sonradan isə onu müəyyən məbləğ qarşısında istifadəyə verir. Adətən sifarişçi hansı alıcıdan məhsul almağı, hansı qiymətə almağı qeyd edirdi. Lakin indi bu şərtlər heç bir qanuni gücə malik deyil və lizinq müqaviləsinin mütləq şərti hesab edilmir. Lizinq qaydalara görə biznesin idarə edilməsi ilə bağlıdır. 

İkinci halda isə malların tədricən geri alınması şərtləri müəyyən edilir. Lizinq arzuolunan malı  və yaxud resursu “elə indicə” əldə etmək istəyən insanlar üçün rahatdır. Hazırda bəzi iqtisadçılar lizinqi kreditləşmənin bir növü hesab edirlər. Şirkət rəhbərləri lizinq sayəsində özlərinə lazım olan resursları və iş üçün lazımlı əşyaları əldə edə bilərlər. Bura istehsal vasitələrindən tutmuş şəxsi avtomobilə qədər bir çox şey daxildir. Yeri gəlmişkən avtomobillər lizinq müqavilələri ilə daha çox əldə edilir. Lizinqdə avtomobillər hüquqi şəxslər və fərdi sahibkarlar üçün avtomobil bazarında böyük paya sahibdir.

Son xəbərlər
Digər xəbərlər