17 C
Baku
Friday, April 19, 2024

Lizinq şirkəti dövlət büdcəsindən 82 mln manat vəsait alıb

2014-cü ildə “Aqrolizinq” ASC kənd təsərrüfatı və aqrokimyəvi maddələrin alınması üçün dövlət büdcəsindən 82 mln. manat vəsait alıb.

Banker.az xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov 2014-cü il dövlət büdcəsinin icrasına dair məlumatlar verib.

“Dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan isə bu məqsədlərə 47 mln. manat vəsait ayrılıb”, – deyə A.Bayramov bildirib.

Həmçinin, ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən 5 mln. manat vəsait köçürülüb.

Onu da qeyd edək ki, “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.

Son xəbərlər
Digər xəbərlər