13 C
Baku
Friday, April 19, 2024

Lombard fəaliyyəti çərçivəsində kredit əməliyyatları nağdsız qaydada aparılmalıdır

Lombard fəaliyyəti ilə məşğul olan hüquqi və ya fərdi sahibkar pul əməliyyatlarını rəsmiləşdirərkən kredit alanın bank hesabına pulu nağd qaydada köçürə bilərmi?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, lombard fəaliyyəti çərçivəsində pul vəsaitlərinin faiz müqabilində borca verilməsi kredit hesab edildiyindən lombardlar tərəfindən həmin əməliyyat nağdsız qaydada həyata keçirilməlidir. Odur ki, lombard (onun səlahiyyətli nümayəndəsi) tərəfindən kredit məbləğini birbaşa vergi ödəyicisi olmayan fiziki şəxsin bank hesabına ödənilməsi nağdsız hesablaşma kimi qəbul oluna bilər.

Hər iki tərəf vergi ödəyicisi olduqda isə nağdsız hesablaşmalar bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə aparılmalıdır.

Son xəbərlər
Digər xəbərlər