8 C
Baku
Friday, March 29, 2024

“Lombardlara inam arta bilər”

Azərbaycanda fəaliyyət göstərən lombardlar Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətinə alınacaqdır. İndiyədək isə lombardlar nəzarətsiz fəaliyyət göstərirlər.

Lombardlara heç bir qurumun nəzarət etməməsi nəticəsində, lombard işi ilə məşğul olan bəzi şəxslərin qanuna uyğun olmuyan hərəkətlərini görürdük. Bu təşkilatlarda verilən kreditlər yüksək faizlədir. Hətta bəzən insanlar verdikləri qızılları sonra almaqda çətinlik çəkirdilər.Arzu-Qafarli-ekonomik.az_

Əsasən də bu kimi hallar bankların krediti müvəqqəti dəyandırması nəticəsində baş verdi. Heç bir bankdan kredit götürə bilməyən şəxslər  istər-istəməz yüksək faizlə, təhlükəli olsada lombardlara üz tuturdular. Əlbətdə ki, bu fürsətidə lombardlar qaçırmırlar.

Nəzarətin xeyri:

Lombardların Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətində olması, bu işlə məşğul olanların sağlamlaşdırılmasına gətirib çıxardacaqdır.

Məsələn:

  • Faizlər aşağı düşə bilər
  • Lombardlar siyahıya alına, lisenziya verilə bilər. (Bu da vətəndaşların qızılların itib-batmamasına gətirib çıxardacaq, ən azından ünvanı, lombardın rəhbəri nəzarətdə olacaq)
  • Peşəkar mütəxəssislər cəlb oluna bilər.
  • Etibarlılıq artacaq

Lombardlara peşəkar mütəxəssislərin cəlb olunması, bu sahənin surətlə inkişafına gətirib çıxardacaqdır.

Bu halların baş verməsi insanların lombardlara olan inamını artıracaq.

Bir neçə lombardların arasında yaxşı fəaliyyət göstərən, peşəkar olanlarını eşitmişik. Palatanın bildirdiyinə görə, onların bir neçəsi lombard biznesini qurmadan öncə Rusiyadan mütəxəssislər dəvət edib, Rusiyanın təcrübəsindən istifadə ediblər.

Bu təcrübəli şəxslər nə qədər yaxşı işləsədə, digər qeyri peşəkar olanlar bu peşəkarlarında adına istər-istəməz qara ləkə gətirir.

Ümumilikdə nəzarət isə bütün lombardların sağlam xidmət göstərməsi ilə nəticələnəcək.

Arzu Qafarlı 

Son xəbərlər
Digər xəbərlər