15 C
Baku
Friday, April 26, 2024

Londonda yalnız qadınlara reklam göstərən bilbord quraşdırılmışdır

Londonda Vest-Enddə, Oksford-stritdə yeni outdoor (zahiri) reklam tipi sınaqdan keçirilir. İnteraktiv bilbord (reklam şiti) insanları skanerdən keçirən xüsusi kameradan istifadə edir və reklamı göstərməkdən öncə onların hansı cinsə mənsub olduğunu araşdırır. Qurulmuş sistem 90% dəqiqliklə çalışır, yoldan keçənlərin cizgilərini təhlil edərək onların qadın və ya kişi olmasını  müəyyən edir.

30.000 avro dəyərində olan bu displey Plan UK ictimai cəmiyyəti tərəfindən quraşdırılıb, onun əsas məqsədi üçüncü dünya ölkələrindən olan qadın və uşaqlara yardım göstərməkdir. Ətrafdan keçən qadınlar «Çünki mən qızam»  kompaniyası çərçivəsində hazırlanmış 40 saniyəlik video roliki izləyə bilərlər.  Bu reklam inkişaf etmiş ölkələrdən olan qız və qadınları kasıb ölkələrdəki qız uşaqlarının təhsil ala bilməsi pul bağışlamağa, ianə etməyə dəvət edir. Kişilər isə rolikin yerinə yalnız  təşkilatın vebsaytını görə bilərlər. Displeyin əsas məqsədi kimin isə əsas alternativlərdən məhrum olmasının nə kimi hiss olduğunu hamıya göstərməkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər