12 C
Baku
Friday, March 29, 2024

L’Oreal Nestle-dən səhmlərini geri aldı

Dünyanın ən nəhəng kosmetika şirkətlərindən biri L’Oreal SA Nestle şirkətindən öz səhmlərinin 8%-ni geri almaq barədə razılığa gəlib. Müqavilənin ümumi qiyməti isə 6 milyard avro təşkil edir.

Bununla yanaşı, L’Oreal şirkəti 27,3 milyon səhm qarşılığında pul vəsaiti olaraq 3,4 milyard avro ödəyəcək. Fransız şirkəti geri qalan 21,2 milyon səhmə görə Nestle şirkətinə öz ortaq müəssisəsi Galderma-nın bir hissəsini verəcək.

Səhmlərin geri alınmasından və borcun ödənilməsindən sonra Nestle şirkətinin fransız şirkətindəki payı 23,29%-ə enəcək.

Təxminlərə görə, müqavilə ilin ilk yarısının sonuna qədər bağlanacaq.

Son xəbərlər
Digər xəbərlər