Məntiqi sual | Paveli kim və necə öldürüb?

4 dost hər həftənin şənbə günü hamama gedirdilər. Pyotr musiqiçi, Aleks bankir, Fyodr və Pavel isə hüquqşunasdırlar. Özləri ilə həmişə eyni əşyaları götürürlər hamama: şahmat, termos çay ilə, hamam veniki, qəzat, dəsmal və digər hamam ləvazimatları. Şahmat oynayırlar, qəzat oxuyurlar, arada siqaret çəkmək üçün çölə çıxırlar.

Beləliklə, 3 nəfər siqaret çəkdikdən sonra içəri girirlər və yeri bütün qan içində olduğunu görürlər. Paveli parilkada ölü tapırlar. O, hansısa iti bir alətlə öldürülmüşdür (lakin alətin özü cinayət yerində yox idi). Dərhal polis çağırılır və hər 3 nəfəri sorğu-sual edirlər. Paveli sonuncu kimin gördüyünü müəyyənləşdirə bilmədilər. Lakin araşdırma aparılaraq kimin öldürdüyünü və nə ilə öldürdüyünü tapa bildilər. Paveli kim və necə öldürmüşdür?