Mərkəzi Bankın valyuta ehtiyatları artdı, 2 illik maksimuma yüksəldi!

FOTO: APA

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il dekabrın 1-nə 5 254,2 mln. ABŞ dolları təşkil edib.

AMB-yə istinadən, bu, noyabrın 1-i ilə müqayisədə 53,5 mln. dollar və yaxud 1% çoxdur.

İlin əvvəlinə nisbətən qurumun valyuta ehtiyatları 1 279,8 mln. dollar və yaxud 32,2%, son 1 ildə isə 1 243,2 mln. dollar və yaxud 31% artıb.

Xatırladaq ki, sonuncu dəfə 2015-ci ilin noyabr-dekabr aylarında 6,2 milyarddan 5 milyarda düşmüşdü.

Pul bazası artıb

Azərbaycanda pul bazası bu il dekabrın 1-nə 8 686,8 mln. manat təşkil edib.

Noyabrın 1-i ilə müqayisədə 155,2 mln. manat və yaxud 1,8% çoxdur.

İlin əvvəlinə nisbətən pul bazası 826,3 mln. manat və yaxud 10,5%, son 1 ildə isə 984,6 mln. manat və yaxud 12,8% artıb.