Mərkəzi Bank haqqında qanuna dəyişiklik – Prezidentə təqdim edilməyəcək

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun tətbiqinə dair sərəncam imzalanıb.

Bu barədə Banker.az-a Prezidentin rəsami səhifəsindən məlumat daxil olub.

Qanunda bildirilir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

7.2.4-cü maddədə “ilin yekunları üzrə” sözləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq illik” sözləri ilə əvəz edilsin, XI fəslin adından “uçotu və” sözləri çıxarılsın.

“Maddə 57-də  Maliyyə hesabatıda isə aşağıdaki dəyişiklər edilsin: 57.1. Mərkəzi Bankın maliyyə hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib edilir, 57.2. Mərkəzi Bankın maliyyə hesabatının tərtib edilməsi ilə bağlı digər məsələlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq tənzimlənir.”.

Sənəddə bildirilir ki, 58.4-cü maddə ləğv edilsin. Qeyd edək ki, bu ləğv edilən bəndə görə, ilin yekunları haqqında auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatı, habelə hesabat əməliyyat büdcəsi Azərbaycan Prezidentinə təqdim edilirdi. Yeni qaydaya görə bu bənd ləğv edilir.

O cümlədən 58.5-ci maddə aşağıdakı redaksiyada verilsin: 58.5. Audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc etdirilir.”.