Mərkəzi Bank texnoloji avadanlıqlarını yeniləyir

Azərbaycan Respublikasının Mərkəzi Bankında kompüter, server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının, habelə informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası üzrə xidmətin satın alınması ilə bağlı tender elan edib.

– 1-ci lot üzrə tenderin predmeti: kompüter, server, şəbəkə avadanlıqlarının və proqram təminatlarının satın alınması;

– 2-ci lot üzrə tenderin predmeti: informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası üzrə xidmətin satın alınması.

Tender proseduru 03 aprel 2018-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcəkdir.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

– tenderdə iştirak üçün yazılı müraciət;

– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanlarından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

– iki nüsxədə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 16 may 2018-ci il tarixinədək qüvvədə olmalıdır);

– tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);

– Bakı şəhərində servis xidmətinin mövcudluğunu təsdiq edən məlumat (yalnız 1-ci lot üzrə iştirak edən iddiaçılar üçün);

– iddiaçının müvafiq sahədə korporativ müştəriləri və son 2 (iki) il üzrə iş təcrübəsini (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu daxil olmaqla) əks etdirən məlumatlar;

– Əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar və sənədlər.

3. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 02 aprel 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 15 mart 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.

4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının aşağıdakı hesabına hər bir lot üzrə 150 (yüz əlli) manat məbləğində vəsait köçürməlidir: Azərbaycan Respublikasının Mərkəzi Bankı, hesab № AZ25NABZ01701190000000001944, m/h AZ74NABZ01451700000000001944, kod 501004, VÖEN 9900071001.

5. Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında aşağıda göstərilmiş hesaba ödəyə bilərlər: Correspondent Bank: FRNYUS33, Federal Reserve Bank of New York, corr. account number: 021088221 AZER, account № AZ25NABZ01701190000000001944.

6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

7. Malların təchizatı və işlərin görülməsi müddəti:

– 1-ci lot üzrə: kompüter, server, şəbəkə avadanlıqları və proqram təminatları tender üzrə satınalma müqaviləsi imzalandığı gündən ən geci 45 (qırx beş) bank günü ərzində Mərkəzi Bankın inzibati binasında təyin edilmiş yerə təhvil verməlidir.

– 2-ci lot üzrə: informasiya təhlükəsizliyi sistemininin inteqrasiyasını ən geci 6 (altı) ay ərzində həyata keçirərək təhvil verməlidir.

8. Qiymətləndirmə meyarları: qiymət və texniki amillər.

9. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanda yerləşən inzibati binasından hər bir lot üzrə Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilər. Tenderin 1-ci lotu üzrə əlaqələndirici şəxs: Elman Muradov (İnformasiya texnologiyaları departamentinin əməkdaşı). Telefon: 493-11-22 (499), faks: 493-55-41, elektron poçt ünvanı: elman_muradov@cbar.az; 2-ci lot üzrə əlaqələndirici şəxs: Elvin Şahverdiyev (Təhlükəsizlik departamentinin əməkdaşı). Telefon: 493-11-22 (308), faks: 493-55-41, elektron poçt ünvanı: elvin_shahverdiyev@cbar.az.