Məzənnənin sabitliyi üçün AMB-yə əlavə $1,5 mlrd. transfer olub

FOTO: APA

Azərbaycan Dövlət Neft Fondu (ARDNF), Mərkəzi Banka transfer etdiyi məbləği açıqlayıb.

Banker.az-a bu barədə ARDNF-dən daxil olna məlumatda bildirilir.

“Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 3 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfer edilmişdir.” – deyə məlumatda deyilir.

Bu isə o deməkdir ki, ötən ilin IV rübü Azərbaycan Respublikası Mərkəzi Bankına 1,5 mlrd. tranfer həyata keçirib.

Xatırladaq ki, ötən ilin 2-ci rübünə qədər 2 448.3 transfer etsə də 3-cü rübündə eyni əməliyyat baş tutmamışdı.

📝 RƏY BİLDİR