13 C
Baku
Friday, April 19, 2024

Məhəmməd Peyğəmbərin həyat qaydaları

  • “Güclü o şəxs deyil ki, qalib gəlsin. Güclü şəxs qəzəbləndiyində qəzəbini cilovlaya biləndir”.
  • Məhəmməd Peyğəmbərin həyat qaydaları Buxarinin Müxtəsər “Səhih” kitabı və Məhəmməd Peyğəmbər (s.a.s) haqqında olan digər materiallar əsasında tərtib edilmişdir.
  • Heç kim aclıq çəkməməlidir. Varlılar kasıbları talan etməməli, güclülər isə kasıbları əzməməlidir.
  • Yeni doğulmuş qız uşaqlarınızı basdırmaqdan əl çəkin.
  • Allah qadını kişiyə yol yoldaşı olaraq yaratdı. O fərqlidir. Lakin onların haqqı bərabərdir.
  • İslam üçün millətlər arasında fərq yoxdur. Bir ərəb digər bir millətin nümayəsindən üstün deyil. Ağ dərili bir insan qara dərili insandan üstün deyil. Hər kəs Allah qarşısında bərabər doğulub.
  • İnsanın əməli onun niyyətinə görə qiymətləndirilir və hər bir insanın niyyəti hara, mənzili ora.
  • İnsan özünə arzuladığını qardaşına da arzulamayınca əsl imanlı şəxs olmaz.
  • İman gətirmiş iki dəstə arasında mübahisə yaranarsa onları barışdırın.
  • Ən yaxşı müsəlman odur ki, digər heç bir müsəlman onun dilindən və əlindən ziyan görməsin.
  • Utancaqlıq imandandır!
  • Bir insan yalnız Allahın ruzisinə sığınaraq bütün qazancını ailəsi üçün xərcləyərsə bu onun üçün sədəqə hesab olunur (“Sədəqə” – ehtiyacı olan insanlara könüllü şəkildə edilən yardım).
  • Qardaşının zalım və yaxud məzlum olmasından asılı olmayaraq ona yardım et.
  • Qadının özü ilə məsləhətləşməmiş (dul və boşanmış) onu ərə verməyin. Bu həmçinin qız uşağına da aiddir.
  • Bir insanı elə olmadığı təqdirdə şərəfsizlik və kafirlikdə ittiham etdikdə bu ittiham onu günahlandıran şəxsin özünə qayıdar.
  • İnsanlar haqqında pis fikirlərdən çəkinin, çünki əslinə qaldıqda pis fikirlər dünyada ən yalancı sözlərdir! Sizə aid olmayan məsələləri araşdırmayın, söz gəzdirməyin, qiymətdə aldatmayın, bir-birinizə həsəd aparmayın, nifrt etməyin, bir-birinizdən üz döndərməyin!
  • Allah inamınızı sınaqdan keçirmək üçün sizə uğursuzluq göstərər.
  • Alimin qələminin mürəkkəbi şəhidin qanından üstündür. Belə isə elm öyrənin, öyrəndikdə isə digərlərini də öyrədin.
  • Allah özünü digər insanlardan üstün hesab edəni sevməz.
  • Dində məcburiyyət yoxdur. Kiminə iman gətirməsi üçün bir neçə il, kiminə də sayılı dəqiqələr lazımdır. Zamanı isə Allah təyin edir.
  • Qan tökmək, ağacları kəsmək və canlıları məhv etmək olmaz.

1news.az

Son xəbərlər
Digər xəbərlər