8 C
Baku
Friday, March 29, 2024

Məlumat mərkəzinin Mütəxəssisi – AFB Bank

Vəzifə: Məlumat mərkəzinin Mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Yaş həddi 22-30;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
• Ofis proqramları ilə işləmək bacarığı;
• Bank və bank məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Ünsiyyətcil;
• Komandada işləmək bacarığı;
• Müştərilərlə işləmək qabiliyyəti;
• Stressə davamlılıq;
• Yüksək nitq mədəniyyətinə sahib olmaq;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Müştərilərlə ünsiyyət qurmaq bacarığı.

İŞİN TƏSVİRİ:

• Daxil olan zənglərə cavab vermək;
• Müştəriləri bank məhsulları haqqında məlumatlandırmaq;
• Müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat vermək;
• Müştərilərlə əlaqə saxlamaq;
• Satış yönümlü müraciətlərin cavablandırılması və yönləndirilməsi;
• Online konsultasiyada müxtəlif kanallardan gələn müraciətləri cavablandırmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat mərkəzinin mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.

Son xəbərlər
Digər xəbərlər