13 C
Baku
Friday, March 29, 2024

“Mənim arzum var” – Martin Lüter Kinq

“Mənim arzum var” (“I have a dream”) Martin Lüter Kinqin ən məşhur nitqinin adıdır və o bu nitqi zamanı ağ və qara dərili insanların bərabər hüquqlu şəkildə yaşayacaqları gələcək haqqında fikirlərini dilə gətirmişdi.

Bu gün çətinliklərlə üzləşsək də və gələcəkdə də eyni aqibət ilə qarşılaşsaqda, mənim arzum var.  Bu arzu köklü şəkildə Amerikan arzusuna bağlıdır.

Arzu edirəm ki, bir gün bu millət öz əsl prinsipinə uyğun şəkildə yaşayacaq: “Biz bütün insanların bərabər şəkildə yaradıldığı fikrini əsas amalımız hesab edirik”.

Arzu edirəm ki, gün gələcək Corcianın qırmızı təpələrində keçmiş qulların və keçmiş sahiblərin uşaqları eyni masa arzasında qardaşyana əyləşəcək.

Arzu edirəm ki, hətta ədalətsizlik və qəzəbdən alışıb yanan Missisipi ştatı belə azadlıq və ədalət cənnətinə çevriləcək.

Arzu edirəm ki, elə bir gün gəlsin ki, mənim 4 övladım öz dəri rənginə görə deyil, şəxsi keyfiyyətlərinə görə mühakimə edilsin.

Mən məhz bu gün arzu edirəm!

Mən bu gün arzu edirəm ki, bir gün Alabamada kiçik qara əllər kiçik ağ əllərin əlindən bər-bərk tutacaq.

Son xəbərlər
Digər xəbərlər