26 C
Baku
Saturday, April 20, 2024

Mənzillərin qiyməti sürətlə düşür

Daşınmaz əmlak bazarında hələ belə durğunluq olmamışdı. Mənzillərin qiyməti hər gün bir az da aşağı düşür. Məsələn, Nərimanovda 90-95 min manata satılan 1 və ya 2 otaqlı mənzillər indi 60-65 minə təklif edilir. Kifayət qədər ucuzlaşma olsa da, bir dənə də olsun alıcı yoxdur. Demək olar ki, alqı-satqı dayanıb.

Bunu ANS press-ə Nərimanov rayon məhkəməsi yaxınlığında maklerliklə məşğul olan İlqar Mustafayev deyir.

Onun sözlərinə görə, manatın “üzən məzənnəyə” keçidindən sonra evlərin qiyməti də 20-25% düşüb.
Mənzillərin qiymətinin ucuzlaşdığını paytaxtın digər ərazilərində fəaliyyət göstərən maklerlər də etiraf edirlər. Bu sahədə çalışan Mirzə Əliyev deyir ki, qiymətlərdə 10-20 min arası ucuzlaşma var. Bu prosesin hələ davam edəcəyi də istisna edilmir.
Tək alqı-satqıda yox, elə kirayə bazarında da müştəri qıtlığı yaşanır. Ötən il 250-300 manatlıq evlər 100-50 manat aşağı təklif edilsə də, kirayə ev axtaran insanlar üçün bu qiymətlər də hazırda münasib deyil. Bir sözlə, qiymətlər aşağı düşsə də tələbat sıfır səviyyəsindədir.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun da fikrincə, qiymətlərdə eniş hələ bir müddət davam edəcək. Onun hesablamalarına görə, hazırda əmlak bazarında qiymətlər 22 faiz, konkret mənzil bazarındasa bundan bir qədər çox 26 faiz azalma var.

Bu azalmaya baxmayaraq qiymətlər hələ də yüksəkdir. Bu fikirlə ekspert də razılaşır. O deyir ki, qiymətlər reallıqla uzlaşmır.
“Əmlak bazarındakı durum həm xarici, həm də daxili amillərlə bağlıdır. Xarici amil kimi buna neftin qiymətinin düşməsi, eləcə də Rusiyadan gələn pul kütləsinin azalması təsir edir. Daxili amillərə gəlincə, insanların psixoloji baxımdan neqativ gözləntiləri var. Ona görə də əllərindəki vəsaiti xərcləməyə qorxurlar, qara günlər üçün ehtiyat saxlayırlar”.

Mənzil bazarında canlanma yaratmaq üçün xaricdən maliyyə axını olmalıdır. Bundan başqa ölkəmizdə ev almaq istəyən əcnəbilərə müxtəlif güzəştlərin tətbiqi zəruridir. Xaricilərin daşınmaz əmlak bazarına axınını sürətləndirmək üçün əcnəbilərin, elə qardaş Türkiyənintəcrübəsindən istifadə oluna bilər.
Məsələn, 2013-cü ilin fevralına qədər Türkiyədə ev almaq bir az çətin idi. Amma yeni qanuna görə, indi Türkiyədə ev almaq asanlaşıb.
Qardaş ölkə Azərbaycan da daxil olmaqla 180-ə qədər xarici ölkə vətəndaşına cüzi məhdudiyyətlərlə hər cür daşınmaz əmlak əldə etməyə imkan verir. Bu isə Türkiyə qanunvericiliyində öz həllini tapıb.
Oxşar təcrübədən ölkəmizdə də istifadə olunarsa həm mənzil almaq üçün üz tutan xaricilərin sayı da artar, həm də bu bazarda canlanma yaranar.

Hər halda yaranmış vəziyyətdən çıxış üçün təklifləri sınaqdan keçirmək lazımdır. Çünki daşınmaz əmlak bazarındakı mövcud vəziyyətin hələ nə qədər davam edəcəyi sual altındadır. Ev almaq istəyən vətəndaşlarsa hazırkı vəziyyətdən səmərəli istifadə edərək illərlə mövcud olan mənzil problemlərinə son qoya bilərlər. Təbii ki, pul olan yerdə.49754
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər