16 C
Baku
Friday, April 26, 2024

Mərcdə uduzan milyarder stüardessa kimi geyindi

Virgin Airlines təyyarə kompaniyasının yaradıcısı, britaniyalı milyarder Riçard Brenson mərcdə uduzduqdan sonra öz rəqibinin reysində stüardessa kimi işləməli oldu. Milyarder malayziyalı biznesmen Toni Fernandesə məxsus olan AirAsia aviakompaniyasının reysində stüardessa vəzifəsini yerinə yetirməli oldu.

 brensonst2

Avstraliyadan Malayziyaya olan 6 saatlıq uçuş ərzində Brenson sərnişinlərə içəcəklər və yeyəcəklər təqdim edərək, onlara təyyarənin havaya qalxması, uçuş zolağına yaxınlaşması və yerə enməsi barədə məlumatlar verib. Bütün bunları etməkdən ötrü milyarder xanım ətəyi və köynəyi geyinmiş, həmçinin dodaqlarını boyamış və ayaqlarını təmizləmişdir.

brensonst3

Brensonun mərci uduzmuş olduğu Fernandes reysdə sərnişin qismində çıxış edirdi. O, Brensonun stüardessa kimi işini heç nəyə yaramadığını söyləyib, sonra isə Brenson bilərəkdən portağal şirəsinin onun üzərinə dağıtdıqda, Fernandes ümumiyyətlə onu işdən qovmalı olub. Buna görə AirAsia kompaniyasının sahibi şalvarını soyunmalı olur ki, onu qurutsun. Təyyarə endikdən sonra, Fernandes və Brenson birlikdə şəkil Reyslərə satılan biletlərin pullarının bir hissəsi ağır xəstə uşaqlar üçün Avstraliya yardım fonduna veriləcəkdir. AsiaOne-dan verilən məlumata əsasən hər bir bilet təxmini 400 dollar qiymətində idi və onun 100 dolları xeyriyyə üçün nəzərdə tutulmuşdur.

brensonst4

Brenson 2010-cu ildə mərcə uduzub. Biznesmenlər mərc gəliblər ki, “Formula 1”yarışında kimin komandası mövsümün nəticələrinə görə daha yaxşı yerlə layiq olacaqlar. Britaniyalı milyarderin Virgin komandası yarışı 12-ci yerdə başa vurub, onlar Fernandesə məxsus olan Lotus-dan geri qalıblar. Brenson 2011-ci ildə stüardessa kimi işləməli idi, lakin xizəklə sürüşərkən aldığı zədə ona mane olur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər