12 C
Baku
Tuesday, October 1, 2024

Mərkəzi Bank 2 elektron pul və 2 ödəniş təşkilatına lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarlarına əsasən, “Payriff” QSC “Greentek Group” MMC-yə elektron pul təşkilatı, “Fizza Pay” MMC “Kabox” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilib.

“Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir”, – deyə məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər