15 C
Baku
Saturday, April 27, 2024

Mərkəzi Bank açıqlama verdi

Bir sıra kütləvi informasiya vasitələrində 16 noyabr 2015-ci il tarixində ölkənin internet şəbəkəsində baş verən problemin banklararası hesablaşmalara təsir etməsi ilə bağlı informasiya yayılmışdır.

Mərkəzi Bank olaraq bildiririk ki, ölkədə qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi infrastrukturu qurulmuşdur. Ödəniş sistemlərinin sabit, etibarlı və təhlükəsiz fəaliyyətinin təşkil edilməsi istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq infrastrukturlardan asılılıq minimuma endirilmiş, yəni, Mərkəzi Bank tərəfindən vaxtında alternativ ödəniş infrastrukturu olaraq banklararası hesablaşmaların beynəlxalq infrastrukturlarla yanaşı, yaradılmış lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilmişdir.

Bunun nəticəsidir ki, internet şəbəkəsində problemin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Milli Ödəniş Sistemi, o cümlədən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi sabit və davamlı fəaliyyətini davam etdirmiş, banklar arasında milli valyutada aparılan hesablaşmaların fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər