16 C
Baku
Thursday, March 28, 2024

Mərkəzi Bank faizləri niyə aşağı saldı?- Ekspert rəyi

Mərkəzi Bankın uçot stavkasının endirilməsi ilə bağlı qərarına iqtisadçı ekspert Vüqar Bayramov münasibət bildirib. 

V. Bayramov bildirib ki, bu qərar daha çox rəsmi inflyasiya səviyyəsinin aşağı salınması ilə əlaqələndirib:” Təbii ki, əsas məqsəd kredit faizlərinin aşağı salınmasına nail olmaqdır. Son illər kommersiya banklarının cəlb etdiyi resursların strukturunda Mərkəz Bankın uçot stavkası ilə bölüşdürülən mərkəzləşdirilmiş kreditlərin payı artdığı üçün artlq sözügedən dərəcə kredit bazarı üçün təsirli alətə çevrilə bilir. Bu baxımdan, uçot stavkasının aşağı salınması kommersiya banklarına imkan verəcək ki, daha aşağı faizli və daha ucuz maliyyə resursları cəlb edə bilsinlər. Cəlb edilən resursların ucuzlaşması isə aşağı faizli kreditlərin verilməsi üçün əsas iqtisadi baza formalaşdırır. Bankların 16,1 milyard manatlıq kredit qoyuluşları həyata keçirdiyini nəzərə alsaq, MB-nin son qərarı kredit portfelinin böyüməsinə təsir göstərə bilər. Eləcə də bir müddət öncə əmanətlər üzrə sığortalanan faiz dərəcələrinin 9 faizə endirildiyini də nəzərə alsaq hal-hazırda kommersiya banklarının kredit faizlərini aşağı salması üçün real baza var. Əhalinin banklardakı əmanətləri 6.6 milyard manatdan çox olduğunu və əmanətlərin kredit portfelinin 40 faizindən artığını təşkil etdiyini də nəzərə aldıqda o zaman son qərarlar kredit bazarına birbaşa təsir göstərməlidir. Əgər MB mərkəzləşdirilmiş kredit resurslarının bölgüsündə mövcud baryerləri aradan qaldırarsa və eləcə də meyarlara dəyişiklik edərsə, o zaman uçot stavkasının və eləcə də sığortalanan əmanət faizinin dəyişdirilməsi istehlak kreditlərində 3 faizə, real sektora yönəldilən kredit faizlərində isə 2 faizə yaxin azalma ilə müşahidə ediləcək. Bu isə imkan verəcək ki, əhali daha aşağı faizlə kredit götürə bilsinlər. Eyni zamanda biznes də ucuz kreditlərdən faydalana bilsin”.

Ekspert hesab edir ki, Mərkəzi Bank bu qərarla real sektora yönəldilən kreditlərin həcmini artırmağa çalışır: “ Kommersiya bankları sənaye və istehsal sektoruna 1,52 milyard manat cəmi ümumi kredit portfelinin cəmi 9,8 faiz, kənd təsərrüfatına isə 733,3 milyon manat, ümumi portfelin 4,8 faiz kredit verib. Əslində, rəqəmlər də göstərir ki, kommersiya bankları ötən illər biznesin maliyyələşdirilməsində heç də maraqlı deyillər. MB bank Azərbaycan Prezidentinin son müşavirədəki çıxışından sonra kommersiya banklarını real sektora daha çox vəsait yönəltməyə stimullaşdırmağa çalışır”.

Qafqazinfo.az

Son xəbərlər
Digər xəbərlər