23 C
Baku
Saturday, April 20, 2024

Mərkəzi Bank gələn il uçot dərəcəsini pozitiv zonada saxlamağa üstünlük verəcək

Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək.

Bu barədə AMB-nin 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Sənəddə vurğulanıb ki, bunun üçün AMB adekvat monetar şəraitin formalaşmasını təmin edəcək.

2018-ci ildə faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcək. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.

“Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədi ilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər”, – deyə sənəddə vurğulanıb.

APA

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər