24 C
Baku
Thursday, April 18, 2024

Mərkəzi Bank inkassasiya və təhlükəsizlik avtomobillərinin alınması üçün müqavilə imzalayıb

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən nağd pul və qiymətlilərin daşınmasını təmin etmək məqsədilə 2 ədəd inkassasiya və 2 ədəd təhlükəsizlik avtomobillərinin satın alınması ilə bağlı keçirilmiş açıq tenderin nəticələri açıqlanıb.

Banker.az məlumat verir ki, tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən Tender Komissiyasının qərarı ilə “İnkas Armored” şirkəti açıq tenderin 1-ci bölməsi (inkassasiya avtomobillərinin satın alınması) üzrə, “Eurocom GMBH” şirkəti isə 2-ci bölməsi (təhlükəsizlik avtomobillərin satın alınması) üzrə qalib elan olunub. Qalib şirkətlərlə müvafiq müqavilələr bağlanıb./azertac

Son xəbərlər
Digər xəbərlər