15 C
Baku
Friday, March 29, 2024

Mərkəzi Bank ipoteka kreditləşməsində Türkiyə təcrübəsini nəzərdən keçirir

Azərbaycan Mərkəzi Bankı (AMB) ipoteka kreditləşməsində Türkiyə təcrübəsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşdırılmasının ikinci ilinin yekunlarına həsr edilmiş konfrans çərçivəsində bank fəaliyyəti üzrə sessiyada deyib.

Onun sözlərinə görə, Türkiyədə dövlət tərəfindən dövlət şirkətinə torpaq və zəruri infrastruktur verilir: “Bu şirkət binanı özü tikir, sonra isə mənzilləri ilkin ödənişsiz və faizsiz 20-25 il müddətinə ipotekaya verir. Bu variant müxtəlif sahələrdən daha çox insanın cəlb edilməsinə və onların tikinti və tikinti materiallarının istehsalında işlə təmin edilməsinə imkan verir”.

Hazırda müzakirə edilən ipoteka kreditləşməsində dəyişikliklərə gəlincə, E.Rüstəmov qeyd edib ki, onların tətbiqi ay ərzində gözlənilir: “Dəyişikliklər o cümlədən ilkin ödəniş və zəmanət siyasətini də əhatə edəcək”.

Son xəbərlər
Digər xəbərlər