14 C
Baku
Wednesday, April 24, 2024

Mərkəzi Bank komissiya ilə bağlı limitlər qoydu

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə ərazisində fəaliyyət göstərən kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1% həcmində məhdudlaşdırılmasına dair göstəriş verib.

Qərar artıq bu gündən qüvvədədir.

Məlumata görə, AMB-nin bu qərarı nəticəsində bir çox banklar istehlak kreditləşdirilməsini müvəqqəti dayandırıb və yaxın dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bank rəhbərliyi səviyyəsində məsləhətləşmələrə başlanılıb.

Xatırladaq ki, son aylarda bir çox kommersiya bankında kreditlərə görə komissiya xərcləri 3-7% civarında olub.

merkezi bank

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər