4 C
Baku
Friday, March 29, 2024

AMB banklarının kredit portfelinin azalma səbəbini açıqladı

Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun milli valyuta ilə likvidliyə olan tələbatı monetar şəraitə təsir göstərib. 2017-ci ilin 10 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.5% artmışdır.

Banker.az bu barədə AMB-nin açıqlamasına istinadən xəbər verir.

Mərkəzi Bank bildirir ki, monetar şəraitə təsir göstərən digər mühüm amil bank sistemində likvidliyin akkumulyasiyasının davam etməsi olmuşdur. Bu proses bankların kredit portfelinin ilin əvvəlindən 26.1% azalması şəraitində baş vermişdir.

Bank sistemində yüksək likvidlik Mərkəzi Bankın sterilizasiya alətlərinə tələbin yüksək olaraq qalması ilə müşayiət olunmuşdur. Cari ilin ötən dövründə Mərkəzi Bankın təşkil etdiyi qısamüddətli notların yerləşdirilməsi və depozitlərin cəlb edilməsi hərraclarında tələb təklifi bir neçə dəfə üstələmişdir. Dövlət qiymətli kağızları bazarında da analoji vəziyyət müşahidə edilmişdir.

Son xəbərlər
Digər xəbərlər