21 C
Baku
Friday, April 26, 2024

Mərkəzi Bank manatın məzənnəsindən danışdı

AMB məlumat yaydı.

2014-cü ilin əvvəlindən 2015-ci ilin fevral ayının ortalarınadək manat ticarət tərəfdaşlarının valyutalarına nəzərən orta çəkili hesabla 30% bahalaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB)yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd edilib.

“Bu dövrdə ABŞ dollarına nəzərən Rus rublu 86%, Avro 20%, Qazax təngəsi 20%, Türkmən manatı 22%, Moldova leyi 17%, Belarus rublu 52%,Ukrayna qrivnası 169%, Turk lirəsi 13%, İran realı 12%, Gürcü larisi 31% dəyərdən düşüb. Məzənnənin 33,55% korreksiyası manatın qeyd olunan valyutalara qarşı baş vermiş orta çəkili bahalaşmasını neytrallaşdıra bilib”-deyə, Mərkəzi Bank qeyd edir.

Bank bildirir ki, valyuta bazarında yaranmış yeni şəraiti nəzərə alaraq Mərkəzi Bank, eyni zamanda, hesabat dövründə məzənnə siyasətinin əməliyyat çərçivəsində dəyişiklik edib.

“Belə ki, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanıb.

“Hazırda tətbiq edilən rejimdə də Mərkəzi Bank valyuta bazarının fəal iştirakçılarından biri kimi qalır”-deyə, bank qeyd edir.

AMB əlavə edir ki, I rübün sonuna manatın əksər partnyor ölkələrin valyutalarına nəzərən nominal ikitərəfli məzənnəsi ucuzlaşıb:

“Mərkəzi Bankın valyuta bazarında müdaxilələri müdaxilə dəhlizi çərçivəsində (satış və alış məzənnəsi arasında diapazon) həyata keçirilir. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar..

Manatın nominal ikitərəfli məzənnələrinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə də təsir göstərib. Manatın real ikitərəfli məzənnəsi dollara qarşı 21,1%, avroya qarşı 10,7%, Türkiyə lirəsinə qarşı 13,2%, Rus rubluna qarşı 21,1% ucuzlaşıb, Belarusiya rubluna qarşı isə 2,5% bahalaşıb.

Hesabat dövründə real effektiv məzənnə (qeyri-neft ticarət çəkili) 15,9% ucuzlaşıb. Bu, nominal effektiv məzənnənin 17,3% ucuzlaşması hesabına baş verib. Real effektiv məzənnənin ucuzlaşması qeyri-neft sektorunun rəqabət qabiliyyətinə müsbət təsir edən, idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını stimullaşdıran amildir”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər