25 C
Baku
Saturday, April 20, 2024

Mərkəzi Bank pul siyasətinə əhəmiyyətli korreksiya etmək niyyətində deyil

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin 8 ayında orta illik inflyasiya 14% təşkil edib. Qiymət dinamikası və inflyasiya gözləntilərinin amillərində əhəmiyyətli dəyişiklik baş verməyib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, inflyasiyanın xarici faktorlarında yüksək volatillik qalır: “O cümlədən cari ildə dünya ərzaq qiymətlərində yüksəlmə və bəzi partnyor ölkələrdə milli valyutaların bahalaşması müşahidə olunub. Ümumi inflyasiya gözləntilərinin ayrı-ayrı məhsul qruplarının və qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişiminə həssaslığı qalmaqdadır”.

Tənzimləyici qeyd edir ki, inflyasiyanın qısa və orta müddətli risk amillərinin təhlili hələlik pul siyasətinə hər hansı əhəmiyyətli korreksiya zərurətini şərtləndirmir.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər