16 C
Baku
Saturday, April 20, 2024

Mərkəzi Bank tərəfindən “POS-terminal” haqqında animasiya hazırlanmışdır

Mərkəzi Bank tərəfindən 2011-ci ildən etibarən icra edilən əhalinin maliyyə savadlılığının artırılması tədbirləri 2015-ci ildən etibarən mahiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, Mərkəzi Bank tərəfindən bu məqsədlə yaradılmış maliyyə savadlılığı portalında (www.bizimpullar.az) mütəmadi olaraq yeni maarifləndirici animasiyalar yerləşdirilir. Qeyd olunan maarifləndirici materiallardan biri kimi hazırlanan “POS-terminal” adlı animasiyada nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyini nəzərə alaraq nağdsız ödənişlərin üstünlüyü və pos-terminaldan istifadə qaydaları ətraflı izah edilmişdir.

Videoçarxa aşağıdakı linkdə baxa bilərsiniz:

https://bizimpullar.az/popup/media/119?cat=Blocks

 

Son xəbərlər
Digər xəbərlər