15 C
Baku
Saturday, April 20, 2024

Mərkəzi Bank yeni məhsulunu nümayiş etdirib

Bakı şəhərində keçirilən və İKT sahəsi üzrə aparıcı tədbir hesab olunan “Bakutel 2017” – 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında Mərkəzi Bankın da iştirakı təmin edilmiş və Mərkəzi Bankda tətbiqi yeni həyata keçirilmiş dünyanın ən qabaqcıl “İnformasiya texnologiyaları xidmətlərinin idarə edilməsi sistemi” (İTSM) olan BMC Remedy məhsulu ilə bağlı təqdimat nümayiş etdirilmişdir.

Təqdimat zamanı informasiya texnologiyaları sahəsində qabaqcıl təcrübə toplusu olan İTİL metodologiyası əsasında hazırlanmış və Müraciətlərin və İnsidentlərin idarə edilməsi proseslərini əhatə edən BMC Remedy sisteminin funksional imkanları haqqında geniş məlumat verilmişdir. Daha sonra, İTSM-in digər komponenti olan və Mərkəzi Bankın lokal şəbəkəsinə qoşulmuş bütün avadanlıqların konfiqurasiyalarının real vaxt rejimində izlənilməsi imkanını yaradan Konfiqurasiyaların idarə edilməsi sistemi nümayiş etdirilmişdır.

Beynəlxalq standartlara uyğun müasir informasiya texnologiyaları infrastrukturunun qurulması məqsədilə dünyada baş verən yeniliklərin izlənilməsi və İKT üzrə təşkil olunan sərgilərdə iştirak edərək innovativ texnoloji həllərin araşdırılması və öyrənilməsi Mərkəzi Bankın daim diqqət mərkəzindədir.

Son xəbərlər
Digər xəbərlər