14 C
Baku
Saturday, April 27, 2024

Mərkəzi Bank ziyana işləyən bankların sayını açıqladı

1 noyabr tarixində Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 38-i mənfəətlə, 6-sı isə zərərlə işləyib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə isə mənfəətlə işləyən bankların sayında artım müşahidə olunmayıb. Cari ilin yanvar-oktyabr aylarında mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi xalis mənfəəti 393,63 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun xalis zərəri isə 32,26 milyon manat təşkil edib.

Bank sisteminin yekun xalis mənfəəti isə 361,37 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 75,62 milyon manat və ya 26% çoxdur.

Mərkəzi Bankdan bildirilib ki, 1 noyabr tarixində mənfəətlə işləyən bankların mənfəəti 45,11 milyon manat, zərərlə işləyən bankların zərəri isə 930 min manat artıb.

Nəticədə bank sisteminin yekun xalis mənfəəti təkcə oktyabrda 44,18 milyon manat artıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər