19 C
Baku
Thursday, April 25, 2024

Mərkəzi Bankda “Bilik mübadiləsi” layihəsi çərçivəsində seminar keçirilmişdir

Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzinin Resurslar və maarifləndirmə xidməti 2011-2014-cü illər üzrə strateji plana uyğun olaraq, “Bilik mübadiləsi” layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra tədbirlər həyata keçirir.

Bu istiqamətdə sözügedən layihə çərçivəsində Mərkəzi Bankın Hüquq departamenti ilə birlikdə kommersiya banklarının əməkdaşları üçün “Bank qanunvericiliyi” mövzusunda növbəti seminar keçirilmişdir. Seminarın keçirilməsində məqsəd bankların hüquq və korporativ idarəetmə departamentlərində çalışan əməkdaşlarının bank hesablarının açılması zamanı yarana biləcək hüquqi çətinliklər, korporativ idarəetmə standartlarındakı yeniliklər, problemli kreditlərin idarə edilməsinin hüquqi aspektləri, istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik üzrə zəruri bilik və bacarıqlarının artırılması olmuşdur.

İnteraktiv formada keçirilmiş seminar zamanı iştirakçıların təcrübədə üzləşdiyi çətinliklərə aydınlıq gətirilmiş, suallar cavablandırmış və onlara mövzu üzrə lazımi rəy və tövsiyələr verilmişdir.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər