20 C
Baku
Wednesday, April 24, 2024

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Dekabrın 7-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən  verilən məlumata görə, hərraca çıxarılan bir notun nominal dəyəri 100 manat, ümumi həcmi 75 mln. manat təşkil edir.

 

Notların tədavül müddəti 29 gün, ödəmə tarixi 5 dekabr 2017-ci ildir.

 

AMB-nin qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

 

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

 

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir./apa

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər