23 C
Baku
Tuesday, April 23, 2024

Mərkəzi Bankın rəbəri: “Brexit” Avrozonada iqtisadi artıma ciddi şəkildə mənfi təsir göstərəcək

Avropa Mərkəzi Bankının (AMB) hesablamalarına görə, Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxması Avrozonada iqtisadi artıma ciddi şəkildə mənfi təsir göstərəcək. “Brexit”dən sonra Avropa İttifaqının yeni strategiyasının müəyyən olunması üzrə Aİ ölkələri liderlərinin Brüsseldə keçirilən sammitində AMB-nin rəhbəri Mario Draqi yaxın üç ildə Avrozonada iqtisadi artımın proqnoz verildiyindən 0,3-0,5 faiz aşağı olacağı barədə xəbərdarlıq edib.

M.Draqi bu proqnozu Böyük Britaniya iqtisadiyyatında ehtimal olunan zəifləmə ilə də əlaqələndirib. Avropa İttifaqı ölkələri ilə sıx iqtisadi və ticari əlaqələrə malik olan Britaniyada gedən proseslər Avrozonanın ümumi iqtisadi konyunkturuna mənfi təsir göstərəcək.

AMB rəhbəri sammitdə Aİ ölkələrini təcili şəkildə islahatlar aparmağa çağırıb. Onun fikrincə, bir çox ölkələrdə Aİ-nin idarəolunmaz hala gəlməsi barədə təsəvvür formalaşa bilər və birinci növbədə iqtisadi təsirlərin birbaşa təsir göstərdiyi bank sektoru diqqət mərkəzində olmalıdır. Üzv ölkələrin dövlət büdcəsində iqtisadi artıma yönəlmiş vəsaitlərin artırılmalı olduğunu bildirən M.Draqi AMB-nin qiymət sabitliyinə nail olmağa və bu məqsədlə bir sıra ölkələrin mərkəzi bankları ilə koordinasiyalı fəaliyyət göstərməyə hazır olduğunu da qeyd edib.

Azərtac

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər