22 C
Baku
Friday, April 19, 2024

Mərkəzi bankların 40%-i yaxın 10 ildə virtual valyutaya keçəcək

Dünya mərkəzi banklarının (MB) yarısı növbəti 10 il ərzində virtual valyuta texnologiyalarına keçəcək.”Haberler” saytına istinadən, “Cambridge Centre for Alternative Finance” akademik araşdırmalar institutunun apardığı təhlillər göstərir ki, mərkəzi bankların 40%-i yaxın 10 ildə virtual pul sisteminə keçəcək. Araşdırmaya görə, mərkəzi banklar hətta, bitkoin kimi virtual pulları emissiya edəcək.

Aparılan təhlillər göstərir ki, mərkəzi bankların 20%-i yaxın 2 il ərzində virtual valyutaya keçəcək. Hazırda Çin və Hollandiyanın virtual valyutanın prototipini hazırladığı bildirilir. Kanada və Rusiyanın da test çalışmaları həyata keçirdiyi qeyd olunur. Araşdırmanın nəticələrinə əsasən, mərkəzi banklar daha çox “Etherium” kriptovalyutasına maraq göstərir.

Qeyd edək ki, bitkoin hazırda 4 050 dollara, eterium isə 295 dollara satılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər