5 C
Baku
Friday, March 29, 2024

Məşhur ödəniş operatoru Bitcoin qəbul etməyi dayandırır

Banker.az xəbər verir ki, 23 aprel tarixindən Stripe elektron ödəniş operatoru Bitcoin rəqəmsal valyutasının ödəniş metodu kimi dəstəklənməsini tam olaraq dayandıracaq.

Verilən məlumatlara görə, bunun səbəbi tranzaksiyanın uzun müddətə təsdiqlənməsi, ödənişlər zamanı baş verən xətaların sayının artması və artan komissiyalardır. Bütün bunlar Stripe müştərilərini operatordan uzaqlaşdırır.

Buna baxmayaraq, şirkət əvvəl olduğu kimi kriptovalyutalara optimist yanaşır.

Stripe operatorunun köməkliyi ilə Bitcoin-ödənişlər həyata keçirmək imkanı 2015-ci ildə peyda olmuşdu. Bu zaman 60-dan çox ölkədən olan istifadəçilər Bitcoin ilə operatora daxil olan müxtəlif ticarətçilər ilə hesablaşmaq imkanı əldə etmişdi.

Son xəbərlər
Digər xəbərlər