8 C
Baku
Friday, March 29, 2024

Məşhur yazıçılar haqqında az bilinən faktlar – I hissə

Uilyam Şekspir eyni gündə anadan olmuş və dünyasını dəyişmişdir: o 23 aprel 1564-cü ildə doğulmuş və 52 il sonra həmin gündə də dünyasını dəyişmişdir.

Şekspirlə eyni gündə daha bir dahi yazıçı dünyadan köçmüşdür. Bu Migel de Servantes idi. “Don Kixotun” müəllifi 23 aprel 1616-cı ildə vəfat etmişdir.

Şekspirin həm müasirlərinin bildirdiyinə görə o brakonyerliklə məşğul olurdu. Belə ki, o ser Tomas Lyusinin sahib olduğu ərazilərdə maral ovuna çıxırdı və sözü keçən ser Lyusidən heç icazə belə almırdı.

Çarlz Dikkensin çox çətin uşaqlıq dövrü olub. Onun atası uzun müddətlik həbsə düşdükdə balaca Çarlzı işləmək üçün mum istehsal edən fabrikə göndərirlər. O burada səhərdən axşama qədər bankaların üzərinə yarlıq yapışdırmaqla məşğul olurdu.

Dikkens həmçinin o dövrlər mesmerizm adlanan hipnozla da məşğul olurdu.

Dikkensin ən sevimli əyləncələrindən biri kimliyi məlum olmayan cəsədlərin saxlanıldığı Paris morquna səyahət etmək idi. Əslində sevimli insan idi, elə deyilmi?!

Oscar Uayld Dikkensin əsərlərini ciddi qəbul etmir və onları lağa qoyurdu. Lakin sadə oxucular onun əsərlərini çox sevirdilər və 1841-ci ildə onun kitab təqdimatı mərasiminə 6 min insan toplaşmışdı.

Dikkensin otağında stol və stullar lazımı formada olmasa o işləyə bilmirdi. Lazımı formanın isə necə olduğunu yalnızca o bilirdi və hər dəfə işləməyə başlamamışdan öncə o mebellərin yerini dəyişirdi.

Çarlz Dikkens heykəlləri və büstləri heç sevmirdi və hətta öz vəsiyyətnaməsində bildirmişdi ki, onun ölümündən sonra ona heç bir heykəl qoyulmasın. Dikkensin yeganə bürünc heykəli Filadelfiyadadır. Yeri gəlmişkən, yazıçının ailəsi ilk olaraq heykəli rədd edirdi.

Amerikalı yazıçı O. Henry öz yazıçılıq karyerasına israfçılıq səbəbindən düşdüyü həbsdə olarkən başlamışdır. Beləliklə onun işləri uğurla getməyə başlayır və daha sonradan hər kəs həbs məsələsini unudur.

Ernest Heminquey hər kəsin bildiyi qədəri ilə spirtli içki aludəçisi olub və özünə qəsd edib. Lakin bir çoxlarının bilmədiyi qədərilə Heminquey peyrafobiyadan əziyyət çəkirdi. Bu o demək idi ki, o kütlə qarşısında danışmaqdan qorxu hissi keçirirdi. Bundan əlavə, o ən səmimi oxuyucuları və pərəstişkarlarının təriflərinə inanmırdı. O hətta öz dostlarına belə inanmırdı.

Heminquey 5 müharibə, iki avtomobil və 2 təyyarə qəzası yaşamalı olub. Bundan əlavə, o uşaq olarkən anası onsan rəqs məktəbinə getməyi tələb edirdi. Özü isə zamanla özünü Ata adlandırmağa başladı.

Heminquey tez-tez öz dostlarına bildirirdi ki, FTB onu izləyir. Dostları isə öz növbəsində onun sözlərinə gülürdülər. Lakin sirli sənədlərin aşkarlanması ilə bunun həqiqətəndə belə olduğu sübut edildi.

Son xəbərlər
Digər xəbərlər