16 C
Baku
Friday, April 26, 2024

Məşhurların ən bahalı səhvləri

Çox pula sahib olan məşhurlar dünyada istədikləri bir çox şeyi əldə edə bilərlər. Lakin həddindən artıq pul onların nə vaxtsa səhv seçim edəcəklərini də mütləq edir. Bəzi məşhurlar diqqətsiz şəkildə nəyəsə sərmayə yatırır və fırıldaqçıların toruna düşürlər. Digərləri isə ağlasığmaz alış-verişlər edərək müflis vəziyyətə düşürlər.

Yersiz hərəkət

Amerikalı müğənni Madonna dəfələrlə qalmaqalların mərkəzində olub. Müğənni hələ karyerasının başlanğıcında PepsiCo ilə 5 milyon dollarlıq reklam müqaviləsi imzalayır. Lakin onun Like A Prayer musiqili videosundan sonra vəziyyət dəyişir. Belə ki, videoda İsa peyğəmbər afroamerikan kimi təsvir edilmişdi. Bu isə dindar amerikalıların xoşuna gəlmir və müqavilə ləğv edilmədiyi təqdirdə baykot edəcəklərini iddia edirlər. Pepsi rəhbərliyi isə təhdidlərdən qorxaraq ulduz müğənni ilə olan müqaviləsini ləğv edir. Burada qazanan tərəf Madonna olur. Çünki o əldə etdiyi 5 milyon dolları geri qaytarmalı olmur.

Bədxərclik

Nicolas Gage Action Comics #1 satışlarından əldə edilən gəlirlərin böyük bir hissəsini borclarının ödənməsinə sərf edir. Məşhurların bu günə qədər etdiyi ən ağlasığmaz alış-verişləri az-çox hamımız eşitmişik.  Nicolas Gage öz aktyorluq karyerası ilə yanaşı, həddindən artıq əşyaları alması ilə də məşhurdur. Onun aldığı əşyalar sırasında 276 min dollara dinozavr çənəsi, 300 min dollara Lambordghini avtomobili və Baham adalarında 3 milyon dollara kiçik ada da daxildir. Təəccüblü deyil ki, aktyor bu alış-verişlərdən sonra maliyyə problemi və vergilərin ödənilməsi ilə bağlı problem yaşamışdı.

Pulları havaya sovurmaq

Keçmiş investisiya meneceri Kenett Ayra Star çox milyonluq maliyyə piramidasının təşkil edilməsi səbəbi ilə həbs cəzasına məhkum edilmişdi. Onun müştərilərinin siyahısına Uma Turman, Nil Saymon və Loren Bekall kimi bir çox məşhur insanlar daxil idi. Tək Nil Saymonun bu fırıldaqçılıq piramidasında itirdiyi məbləğin həcmi 8,7 milyon dollar idi.

Susmaq qızıldır

Məşhur baş aşbaz Pola Din irqçi ifadələr işlətdiyini etiraf etdikdə bu tək onun reputasiyasını zədələməklə deyil, həm də Food Network telekanalının onunla olan müqaviləsini də rədd etməsinə səbəb oldu. Din həmçinin öz reklam müqavilələrini və Walmart, Target, QVC, Sears və Home Depot ilə olan iş əlaqələrini də itirdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər