22 C
Baku
Friday, April 26, 2024

Məşhurların həyatından maraqlı faktlar

Biz yalnız məşhurlar haqqında deyil, həm də bəşəriyyətin tarixində vacib rol oynamış insanlardan söz açacağıq. Həmin insanlar inqilabi dəyişikliklərə imza atmış və bir sözlə tarixdə özlərindən sonra unudulmaz əfsanələr qoyub getmişlər.

1. Simon Bolivar yeganə insandır ki, onun adı iki ölkənin rəsmi adında yer almışdır. Onlardan biri Boliviya digəri isə Venesueladır, ölkənin rəsmi adı Venesuela Bolivar Respublikasıdır (República Bolivariana de Venezuela).

2. Birinci dünya müharibəsi illərində, 16 yaşlı Uolt Disney Kanadaya yola düşür, onun əsas məqsədi orduya düşmək idi, amma yekunda o, sadəcə Avropada Qırmızı Xaç cəmiyyətinin üzvü olmağa müvəffəq olur.

3. «Rolling Stones» qrupunun keçmiş bas ifaçısı, Bill Vayman, 47 yaşında ikən 13 yaşlı Mendi Smit ilə görüşürdü, onlar 6 il sonra 1989-cu ildə evlənirlər, iki il sonra isə boşanırlar. Boşandıqdan az sonra Billin 30 yaşlı oğlu Stiven, Mendi Smitin anası Petsi ilə evlənir. Həmin anda xanımın 46 yaşı var idi.

4. Adolf Hitler 1938-ci ildə “Time” jurnalı tərəfindən ilin adamı seçilmişdi.

5. Bugs Bunny Hollivudun “Şöhrət Xiyabınında” ulduz almış ikinci cizgi filmi qəhrəmanıdır, ilk qəhrəman isə Mikki Maus olmuşdur.

6. Alfonso Kaponenin böyük qardaşı polis olmuşdur.

7. 1911-ci ildə “Mona Liza” əsərini oğurlamaqda şübhəli bilinənlər sırasında Pablo Pikasso da olmuşdur.

8. Səddam Hüseynin məxsusi bir Quran kitabı vardı, bu kitab onun öz qanı ilə yazılmışdı. Bundan ötrü onun yanına daima tibb bacısı və xəttat (kalliqraf) gəlirdi.

9. Şotlandiya kralı IV Ceyms həvəskar-stomatoloq idi, bundan əlavə o, öz təbəələrinə onların dişlərini müalicə etmək imkanı verdikləri üçün pul ödəyirdi.

10. Ölümündən üç ay sonra Çarli Çaplinin cəsədi iki nəfər isveçrəli tərəfindən ailəsindən girov pulu almaq məqsədi ilə qaçırılmışdı. Daha üç ay keçdikdən sonra cinayətkarlar həbs olundu. Eyni hadisənin təkrar baş verməsinin qarşısını almaq üçün qəbirin üstünü betonla örtmüşlər.

11. Ən uzunmüddətli kral sülaləsi – Yaponiyadır. İmperator Akixito öz ailəsinin 125-ci törəməsidir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər