8 C
Baku
Friday, March 29, 2024

MətanətA 4 vakansiya üçrə işçilər axtarır

VAKANSİYA 1: Satış Təmsilçisi


Namizədə tələblər

Yaş: 25-35
Təhsil: Ali təhsilə üstünlük verilir
İş təcrübəsi: Satış sahəsində ən azından 2-3 il təcrübəsi olan

Dil bilikləri: Azərbaycan və Rus dilləri

Kompyuter bilikləri: MS Office bilməsi

Şəxsi avtomobilin olması mütləqdir

Şəxsi keyfiyyətlər

Yüksək ünsiyyət bacarığı
Ticarət əlaqələri yaratmaq bacarığı
Ticarət obyektləri ilə iş təcrübəsi olan

Əsas vəzifə öhdəlikləri

Satış təmsilçisi məhsulun satışını həyata keçirir, yeni satış məntəqələrini araşdırıb tapılmasını;
Şirkətin məhsullarının satış bazarına cəlb olunmasını təşkil edir;
Nəzarət etdiyi satış obyektlərində məhsula olan tələbatı araşdırıb müəyyən edir və bu məlumatları Topdan və Pərakəndə Topdan və pərakəndə satış müdirinə bildirir;
Satışa çıxarılmış məhsulun miqdarını və qiymətini qeydə alır və rəhbərliyə hesabat verir;
Ona təhkim edilən ərazi sektorunda şirkətin bütün mal çeşidlərini həmin ərazi sektorundakı satış nöqtələrində tam yerləşdirir,rəqibləri dərindən dərk edərək daima satış nöqtələrində onları lazımlı olan formada sıxışdırır,şirkəti müştəri qarşısında,müştərini isə şirkətdə layiqincə təmsil edir;
Satış təmsilçisi müştərilərlə əlaqə yaradıb onlarla danışıq aparır və əlaqələr qurur;
Ticarət və satış obyektləri haqqında məlumat toplayır,məhsulun istifadə qaydaları və funksiyası haqqında məlumat verir və onlarla əlaqə qurub əməkdaşlıq edir və şirkətin məhsullarını satış bazarına cəlb edir;
Satış bazarında məhsula olan ehtiyacı analiz edir,dəyərləndirir və məhsulun satışını həyata keçirir;
Marketinq və Reklam şöbəsi ilə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirir və onlardan məhsulun satılması prosesində yüksək nəticələr əldə etmək üçün dəstək alır;
Məhsulun satışının yüksədilməsi və bu prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edir və öz təkliflərini rəhbərliyə bildirir.

Əmək haqqı: Razılıq yolu ilə

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər( məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)

 

VAKANSİYA 2: PR üzrə Mütəxəssis


Namizədə tələblər

Yaş: 25-35
Təhsil: Ali
İş təcrübəsi: 1- 3 il iş təcrübəsi olan
Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri

Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

İşə planlı yanaşmaq bacarığı
Yüksək ünsiyyət bacarığı
Nitq mədəniyyəti
Təmkinlilik, etibarlılıq, özünə inamlı
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı

Əsas vəzifə öhdəlikləri

İctimaiyyətlə əlaqələrin (PR) menecmenti sahəsində işlərin planlaşdırılmasını təşkil etmək və nəzarətini həyata keçirmək
Media ilə əlaqələrin qurulması, daxili və kənar tədbirlərin təşkili, məqalələrin yazılması
PR aksiyaların keçirilməsi və digər PR xarakterli işləri həyata keçirmək

Əmək haqqı: Razılıq yolu ilə

Maraqlanalar öz CV formalarını [email protected] ünvanına göndərə bilər( məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)

ƏLAVA 2 vakansiya üçün bu linkə klik edin!

 

 

Son xəbərlər
Digər xəbərlər