8 C
Baku
Tuesday, March 19, 2024

Maarifçi Tələbə Kredit Fondunun maliyələşməsinə dair təklif

Millət vəkili Fuad Muradov Maarifçi Tələbə Kredit Fondunun büdcədən maliyyələşdirilməsini təklif edib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkili Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, bəzi tələbələr təhsil haqqını ödəməkdə çətinlik çəkir: “Bizim komitəyə tələbələrdən çox müraciət daxil olur. Bu müraciətlərin çoxu onların təhsil haqlarını ödəyə bilməmələri ilə bağlıdır. Bilirsiniz ki, Gənclər Fondu yaradılıb və hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilirlər. Bu baxımdan dövlət büdcəsindən Maarifçi Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər