19 C
Baku
Friday, May 3, 2024

Maaşlar qalxacaq, Nazirdən açıqlama

Milli Məclisin Əmək və sosial siyasət komitəsində Azərbaycanda sosial təminatı, müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın və İşsizlikdən Sığorta fondunun 2018-ci il üzrə büdcələri müzakirə olunur.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, 2018-ci ildə ölkədə doğulanların sayının 156 min nəfər olacağı proqnozlaşdırılır.

“Ömür uzunluğu təqribən 75,9 yaş, qadınlar üzrə 78,3 yaş, kişilər üzrə 73,5 yaş olacağı proqnozlaşdırılır. 15-64 yaş arasında əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 70,5 faizini, 65 yaşdan olanlar isə bütün əhalinin 6,8 faizini təşkil edəcəyi göslənilir.

İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfər olacağı proqnozlaşdırılır.

Nəzərdə tutulur ki, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq, təqribən 550 manata yaxınlaşacaq.

2018-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar, əmək pensiyaçılarının orta illik sayının 2018-ci ildə təqribən 1 milyon 315 min nəfər təşkil edəcəyini göstərir”-deyə S. Müslümov qeyd edib.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər