22 C
Baku
Thursday, April 25, 2024

Macarıstan və Litva Azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan etdi

Macarıstan və Litva höküməti 2018-2019-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

LİTVA

Təhsil Nazirliyindən Banker.az-a verilən xəbərə görə, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.

Təhsil bakalavriat, magistratura, doktorantura səviyyəsi üzrə ingilis və ya latış dilində aparılacaq.

Nəzərinizə çatdıraq ki, müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları müvafiq internet səhifəsində (http://viaa.gov.lv/eng/scholarships_gov/scholarships_for_studies/) ərizə formasını doldurmalı və digər tələb olunan sənədləri 1 aprel 2018-ci ilədək təqdim etməlidirlər.

Qeyd edək ki, bakalavriat və magistratura təhsil səviyyələri üzrə aylıq 500, doktorantura təhsil səviyyəsi üzrə aylıq 670 avro təqaüd təmin olunur. Səyahət və sığorta xərcləri namizədlərin özləri tərəfindən qarşılanır. Bütün namizədlərin sənədləri yoxlanıldıqdan sonra  yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.

MACARSITAN

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir.

Təqaüd proqramı kənd təsərrüfatı sahəsində magistratura səviyyəsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub.

İngilis dilində aparılacaq proqrama əsasən, heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi ixtisasları üzrə təhsil almaq mümkündür.

Təhsil haqqı, yaşayış və tibbi sığorta Macarıstan tərəfindən qarşılanır.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları tələb olunan sənədləri 28 fevral 2018-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər