23 C
Baku
Thursday, April 25, 2024

Malaysia Airlines fəaliyyətini dayandıra bilər

Malaysia Airlines avia şirkəti son 4 ay ərzində artıq 2-ci təyyarəsindən məhrum olur. Hadisələrin bu dərəcədə faciəvi gedişi şirkətin fəaliyyətini dayandırmasına səbəb ola bilər. Amsterdamdan Kuala Lumpura uçan Boinq-777 təyyarəsi Rusiya-Ukrayna sərhəddində vuruldu. Amerika kəşfiyyatçılarının verdiyi məlumata görə təyyarə “torpaq-hava” tipli raketlə vurulmuşdur. Qeyd etmək lazımdır ki, avia şirkətin səhmləri keçən həftə keçirilən hərrac zamnı 13% dəyər itirmişdir.

Cəmi 4 ay əvvəl avia şirkətin Kuala Lumpurdan Pekinə uçan təyyarəsi uçuşa qalxdıqdan 1 saat sonra ekranlardan yox olmuşdu. Təxminlərə görə, təyyarə Hind okeanının cənub hissəsində parçalanıb və bütün sərnişinlər həlak olub. Bu faciələr şirkətin maliyyə vəziyyətinə böyük zərər yetirmişdir.

Kuala Lumpurda Maybank bankının analitiki Moxşin Aziz bildirmişdir: “Onların şirkəti xilas etmək üçün hansı tədbirlər görə biləcəklərini anlaya bilmirəm”.

Şirkət tək I rübün nəticələrinə görə 134 milyon dollar itirmişdir. Baş vermiş faciələrdən əvvəl isə şirkət Donetsk ıyalətində 1 gündə 1,6 milyon dollar itirirdi. Bu da, bəzi müətəxəssislərin Malaysia Airlines şirkətinin gələcəyi ilə bağlı gümanlara qapılmasına səbəb olmuşdu. 17 iyulda baş vermiş hadisələr isə şirkətin tarixinə birdəfəlik nöqtə qoya bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər