Maliyyə Nazirliyi vakant vəzifələrin tutulması ilə bağlı müsahibə elan edir

Müsahibədə barəsində müsahibə elan edilən vəzifələrin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Maliyyə Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə (2 nömrəli əlavə)
• ağ fonda rəngli fotoşəkil 1 ədəd (3 x 4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 01 fevral 2018-ci il tarixdən 15 fevral 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aparatının İnsan resurslarının idarə edilməsi şöbəsində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahi¬bədə ixtisas dərəcəsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Maliyyə Nazirliyinin aparatının İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edilə bilər.
Telefonlar: (012) 404-46-99 (əlavə 116, 160, 486)
İnternet sayt: www.maliyye.gov.az
Elektron poçt: b.aliyev@maliyye.gov.az

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Vergi siyasəti və gəlirlər şöbəsinin vergi və gömrük siyasəti sektoru
İnzibati vəzifənin adı: sektor müdiri
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,135
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Vəzifə maaşı: 620 manat
Qulluq funksiyaları:
– sektora rəhbərlik edilməsi;
– makroiqtisadi göstəriciləri təhlil etmək, bu sahədə baş verən proseslərin vergi və gömrük sisteminə təsirinin qiymətləndirilməsi, ölkənin iqtisadi sistemində, o cümlədən vergi və gömrük sistemində baş verən dəyişikliklərin və aparılan islahatların büdcə daxilolmalarına təsirinin təhlil edilməsi;
– vergitutma və gömrük sahəsində beynəlxalq tendensiyaların araşdırılması, təhlili və zərurət yaranarsa təkliflərin hazırlanması, beynəlxalq vergi münasibətlərinin tənzimlənməsi məsələləri üzrə beynəlxalq və regional iqtisadi təşkilatların respublikada və xaricdə keçirdiyi tədbirlərdə iştirak;
– ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi və gömrük sahəsində güzəşt və azadolmalarının səmərəliliyinin müəyyən edilməsi;
– vergi və gömrük qanunvericiliyinin tətbiqi barədə vətəndaşlardan, sahibkarlardan, dövlət və bələdiyyə orqanlarından daxil olmuş sorğuların cavablandırılması;
– gəlir və əmlak vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması istiqamətində müqavilələrin bağlanması üzrə danışıqlarda iştirak, habelə bu sahədə ikitərəfli və çoxtərəfli müqavilələrin və konvensiyaların tətbiqində iştirak;
– təyin edilmiş monitorinq, yoxlama və təhlillərin aparılmasında bilavasitə iştirak və ya həmin monitorinq, yoxlama və təhlillərin sektorun işçiləri tərəfindən aparılmasının təmin olunması;
– vəzifəsi üzrə şöbə müdiri və müdir müavini tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil
• iş stajı: sahə üzrə 4 il iş stajı
• kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
• xairici dil bilikləri: rus dili-B1; ingilis dili-B1.

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Vergi siyasəti və gəlirlər şöbəsinin dövlət gəlirlərinin proqnozlaşdırılması sektoru
İnzibati vəzifənin adı: aparıcı məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,135
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Vəzifə maaşı: 520 manat
Qulluq funksiyaları:
– vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə aylıq və rüblük hesabatları yerli maliyyə orqanlarından alınması və həmin hesabatlar, təhlili arayışlar və digər məlumatlar əsasında yerli gəlirlər üzrə proqnozun icrasını təhlili;
– dövlət mülkiyyətinin və torpaqların icarəyə verilməsi ilə bağlı daxilolmalar barədə aylıq və rüblük hesabatları və dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar barədə hesabatı təhlili;
– dövlət və icmal büdcələrin mədaxil hissəsinin layihəsinin hazırlanmasında iştirak;
– Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olan büdcə gəlirləri barədə hesabatların (aylıq) təhlili;
– artıq ödənilmiş vergilərin, faizlərin maliyyə sanksiyalarının, inzibati cərimələrin və dövlət rüsumunun qaytarılması üçün daxil olmuş sənədlərin qanunauyğunluğunun yoxlanılması və müvafiq təkliflər hazırlanması;
– təyin edilmiş monitorinq, təhlil və yoxlamaların aparılmasında iştirak;
– vəzifəsi üzrə şöbə müdiri və müdir müavini tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil
• kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
• xairici dil bilikləri: rus dili (orta səviyyədə); ingilis dili (orta səviyyədə)

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Vergi siyasəti və gəlirlər şöbəsinin dövlət müəssisələrinin gəlir və xərclərinin təhlili sektoru
İnzibati vəzifənin adı: şöbə müdirinin müavini-sektor müdiri
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,135
İnzibati vəzifənin təsnifatı: 4-cü təsnifat
Vəzifə maaşı: 770 manat
Qulluq funksiyaları:
– sektora rəhbərlik edilməsi;
– İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının layihəsinin təhlili;
– İri dövlət vergi ödəyicilərinin hesablarına və kassalarına daxil olmuş pul vəsaitinin məbləği və onun istifadə istiqamətləri barədə hesabatların hazırlanmas;
– İri dövlət vergi ödəyicilərinin təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatın təhlili;
– təyin edilmiş monitorinq, təhlil və yoxlamaların aparılmasında iştirak;
– sektora daxil olan məktub, ərizə və şikayətlərin vaxtında və keyfiyyətlə icra edilməsinə cavabdehlik daşıma;
– vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil
• iş stajı: dövlət qulluğunda 5 il qulluq stajı
• kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
• xairici dil bilikləri: rus dili-B1; ingilis dili-B1.

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Dövlət Xəzinədarlığı Agentliyi
İnzibati vəzifənin adı: direktor müavini
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,135
İnzibati vəzifənin təsnifatı: 3-cü təsnifat
Vəzifə maaşı: 895 manat
Qulluq funksiyaları:

– dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsinin təmin edilməsi,
– büdcə göstəricilərinə uyğun olaraq qısamüddətli öhdəliklərin, mal (iş və xidmətlərin) alışı sənədlərinin, qabaqcadan ödənişlərin aparılması işinə nəzarət edilməsi;
– xəzinədarlığın idarə edilməsinin informasiya sisteminin tətbiqinə nəzarət edilməsi;
– Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən xidmət olunan sahələr üzrə vəsaitin hərəkətinin icrasına nəzarət edilməsi;
– vəzifəsi üzrə agentliyin direktoru tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Vəzifənin tutulması şərtləri:
• təhsil: ali təhsil
• iş stajı: dövlət qulluğunda rəhbər vəzifələr üzrə 2 ildən az olmamaqla 6 il qulluq stajı
• kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
• xairici dil bilikləri: rus dili-B1; ingilis dili-B1.

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Dövlət Xəzinədarlığı Agentliyi
İnzibati vəzifənin adı: direktor müavini
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,135
İnzibati vəzifənin təsnifatı: 3-cü təsnifat
Vəzifə maaşı: 895 manat
Qulluq funksiyaları:

– dövlət büdcəsinə dair hesabatların hazırlanmasını təmin etmək;
– Agentlikdə nnformasiya texnologiyalarının tətbiqi ilə bağlı fəaliyyəti təşkil etmək;
– Agentlyin Maliyyə-təsərrüfat sektorunun fəaliyyətinə ümumi nəzarət etmək;
– Agentlik tərəfindən xidmət olunan sahələr üzrə vəsait hərəkətinə dair məlumatların ümumiləşdirilməsini təmin etmək;
– vəzifəsi üzrə agentliyin direktoru tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Vəzifənin tutulması şərtləri:
• təhsil: ali təhsil
• iş stajı: dövlət qulluğunda rəhbər vəzifələr üzrə 2 ildən az olmamaqla 6 il qulluq stajı
• kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)
• xairici dil bilikləri: rus dili-B1; ingilis dili-B1.

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: İsmayıllı Rayonu üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatlarının uçotu sektoru
İnzibati vəzifənin adı: sektor müdiri
İş yerinin ünvanı: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 53
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Vəzifə maaşı: 330 manat
Qulluq funksiyaları:

– sektora rəhbərlik edilməsi;
– büdcədən maliyyələşən təşkilatların hesabatının qəbulu, gündəlik bank əməliyyatlarının araşdırılması və müvafiq xəzinə hesab kitablarına daxil edilməsi;
– rayonun büdcə təşkilatlarında mühasibat uçotunun tələb olunan səviyyədə qurulmasını təşkili, onların hesabatlarının alınıb təhlil edilməsi və uçotunun düzgün qurulmasının təmin olunması;
– büdcədən maliyyələşən təşkilatlarda uçotun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmasına nəzarətin və praktiki köməkliyin həyata keçirilməsi;
– xəzinə hesab kitablarının aparılmasının təmin edilməsi;
– vəzifəsi üzrə idarə rəisi və rəis müavini tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil
• iş stajı: ixtisası üzrə 2 il iş stajı
• kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Cəbrayıl Rayonu üzrə Maliyyə Şöbəsinin büdcə proqnozu sektoru
İnzibati vəzifənin adı: sektor müdiri
İş yerinin ünvanı: Biləsuvar rayonu 4 saylı qəsəbə
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Vəzifə maaşı: 330 manat
Qulluq funksiyaları:
– sektora rəhbərlik edilməsi;
– rayonun yerli xərcləri üzrə layihələrin tərtibi zamanı vahid büdcə təsnifatı, müvafiq xərc normativ hüquqi sənədlərin büdcə təşkilatları ilə öyrənilməsi, xərclərin öz təyinatı üzrə müvafiq xərc yarımmaddələrində proqnozlaşdırılması;
– növbəti ilin yerli xərclərinin tərtibi zamanı xərclərə olan real tələbatın müəyyən edilməsi;
– yerli xərclərdən maliyyələşən təşkilatlarda lüzumsuz xərclərin azaldılması ilə bağlı təkliflərin verilməsi;
– icra gedişində yerli xərclərdə edilən dəyişikliklərin uçotunun aparılması;
– vəzifəsi üzrə idarə rəisi və rəis müavini tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas iqrupu üzrə ali təhsil; əmtəəşünaslıq ixtisası istiqaməti üzrə ali təhsil
• iş stajı: ixtisası üzrə 2 il iş stajı
• kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Füzuli Rayonu üzrə Maliyyə Şöbəsinin xəzinə əməliyyatları sektoru
İnzibati vəzifənin adı: aparıcı məsləhətçi
İş yerinin ünvanı: Horadiz şəhəri 20 Yanvar küçəsi
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Vəzifə maaşı: 300 manat
Qulluq funksiyaları:
– mərkəzləşdirilmiş və yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarından müəyyən olunmuş bölgü üzrə öhdəliklərin, mal alışı sənədlərinin və kassa sifarişi sənədlərinin qəbul olunması;
– mal alışı sənədlərinə əlavə olunmuş sənədlərin yoxlanması və kassa xərclərinin aparılması üçün təqdim edilməsi;
– tələb olunan vəsait üzrə öhdəlik həddinin, mal alışı sənədinin və resurs qalığının dəqiqləşdirilməsi;
– bölgü üzrə xərc xəzinə hesab kitablarının aparılması;
– vəzifəsi üzrə idarə rəisi və rəis müavini tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas qrupu üzrə ali təhsil
• kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Tovuz Rayonu üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatları sektoru
İnzibati vəzifənin adı: baş məsləhətçi
İş yerinin ünvanı: Tovuz şəhəri Şəhriyar küçəsi 3
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Vəzifə maaşı: 310 manat
Qulluq funksiyaları:
– mərkəzləşdirilmiş və yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarından müəyyən olunmuş bölgü üzrə öhdəliklərin, mal alışı sənədlərinin və kassa sifarişi sənədlərinin qəbul olunmasə;
– mal alışı sənədlərinə əlavə olunmuş sənədlərin yoxlanması və kassa xərclərinin aparılması üçün təqdim edilməsi;
– tələb olunan vəsait üzrə öhdəlik həddinin, mal alışı sənədinin və resurs qalığının dəqiqləşdirilməsi;
– bölgü üzrə xərc xəzinə hesab kitablarının aparılması;
– vəzifəsi üzrə idarə rəisi və rəis müavini tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil
• iş stajı: ixtisası 1 il iş stajı
• kompüter bilikləri: MS Windows, MS Office, İnternet (orta səviyyədə)

Dövlət orqanının adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Struktur bölmənin adı: Masallı Rayonu üzrə Maliyyə İdarəsinin xəzinə əməliyyatlarının uçotu sektoru
İnzibati vəzifənin adı: aparıcı məsləhətçi-mühasib
İş yerinin ünvanı: Masallı şəhəri Füzuli küçəsi 5

📝 RƏY BİLDİR