22 C
Baku
Friday, April 19, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatası əhalinin sığortaya olan etimadını artırmaq istəyir

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta sektorunun inkişafı, sığorta şirkətlərinin maliyyə dayanıqlığı və gücləndirilməsi və istehlakçıların hüquqların qorunması istiqamətində kompleks tədbirlər həyata keçirməkdə davam edir.

Palatadan Trend-ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində 22 iyul 2016-cı il tarixində MBNP-nin Sığorta Bazarına Nəzarət Departamentinin rəhbərliyi ilə sığorta bazarının vasitəçiləri arasında görüş keçirilib.

Görüşdə sığorta sektorunda risklərin azaldılması və əhalinin sığorta sisteminə olan etimadının qorunmasına dair inkişaf istiqamətləri müzakirə edilib, yüksək endirimlər nəticəsində sığorta təzminatlarının ödənilməsi zamanı sığortaçılar tərəfindən maneələrin yaradılması və istehlakçıların hüquqlarının pozulması hallarının qarşısının alınmasının vacibliyi vurğulanıb.

Sığorta iştirakçılarının məlumatlandırılması və maarifləndirilməsi MBNP-nin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq, görüşdə iştirak edən sığorta vasitəçilərinə icbari sığorta bazarında yüksək komisyon mükafatları və endirimlərə dair mövcud qadağalar barədə məlumat verilib.

Həmçinin sığorta vasitəçilərinin icbari sığorta bazarında bir sıra sığorta şirkətlərinin dempinq siyasəti alətinə çevrilməməsi üçün onlara praktik məsləhətlər və beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr verilib.

Ölkə iqtisadiyyatının yeni inkişaf strategiyası sığorta sektoru qarşısında yeni çağırışlar yaradır, bazar intizamlılığı və etik davranış qaydalarına riayət olunmasını zəruriləşdirir.

Son xəbərlər
Digər xəbərlər