15 C
Baku
Saturday, April 20, 2024

Maliyyə cəhətdən uğurlu insanların 5 vərdişi

Müvəffəqiyyəti  ölçməkdə yaxşı üsullar mövcuddur.  Çoxları üçün, şəxsi nailiyyətə və ya ailə xoşbəxtliyinə çatmaqla müəyyən edilir. Lakin müvəffəqiyyət – ilk növbədə, məqsədlərin dərk olunması  və onlara çatmaq üçün məqsədyönlü addımların atılmasıdır.

Bu yolda müəyyən maliyyə hərəkətlərini yerinə yetirmək lazımdır və hər bir addımın uğurla həyata keçirilməsi bayram üçün əsasdır. Əlbəttə ki, müvəffəqiyyətli insanlar cari hədəflərə nail olan kimi yenilərini müəyyənləşdirirlər.

Müvəffəqiyyətinizin göstəricisi, çox ehtimal ki, qonşunuzun uğurundan fərqlənir. Və bu normaldır.  Ancaq bir qayda olaraq, müvəffəqiyyətli insanların əksəriyyəti bənzər uğur anlayışına və oxşar davranışa sahibdirlər. Amerikanın  İnvestopedia.com-un internet səhifəsi maliyyə cəhətdən uğurlu insanların ən tipik vərdişlərinin siyahısını tərtib etmişdir.

1. Digər müvəffəqiyyətli insanlarla vaxt keçirirlər

Uorren Buffett və Bill Qeyts yaxın dostlardurlar. Və bu təsadüfi deyil.

Fərqi yoxdur , iş yerində, ümumi maraqlar üzrə klubda və ya könüllü qrupda  ünsiyyət baş verirsə, heç nə uğur kimi insanı cəlb etmir.

İnsanları, bir qayda olaraq, ümumi dəyərlər və məqsədlər birləşdirir, yaxşı dostlar isə bir-birinə ilham verirlər. Psixoloqlar çoxdan müşahidə ediblər ki, bənzər dəyərlərə malik insanların adətən oxşar həyat məqsədləri olur.

2.  Onlar işlərini bu gün görür, amma böyük qərarlar gələcək məqsədlərə bağlıdır

Kiçik məsələlər vacib deyil, əgər siz böyük şeyləri düzgün yerinə yetirirsiz.

Bir tədqiqat hesablayıb ki, biz iş vaxtımızın 80% -ni mənasız yerə xərcləyirik. Daha diplomatik olaraq, bunu belə söyləmək olar: zəhmətimizin yalnız 20%  səmərəli şəkildə istifadə olunur.

Amma bu 20% -i məqsədinizə nail olmaq üçün doğru istiqamətdə sərf etsəniz, qalan 80%-i  çox da əhəmiyyətli olmayacaq.

Şəxsi büdcə haqqında müxtəlif məqalələr tez-tez Starbucks-da sabah qəhvəsinə və ya  həftəlik pizzaya verilən xərcləri tənqid edir. Bunlar sizə “ilə yüzlərlə dollara” başa gəlir və “boşuna pul itkisi” kimi adlanır. Ola bilər ,elə buna görə insanlar belə yazılara məhəl qoymurlar.

Məsələ bundadır ki, yaxşı təhsilli insan, gözlənilməz hallar üçün pul ehtiyatına və keyfiyyətli təqaüd planına malik, qorxmadan, pizza və ya qəhvəyə bir neçə dollar sərf edə bilər. Buna rahat yanaşın!

3.  Öz planlarını özləri qururlar

Bir çox iş-güc sahibləri gündəlik fəaliyyətə və gündəlik məqsədlərə əhəmiyyət vermirlər. Bu səhvdir.

Müvəffəqiyyətli insanlar məsuliyyətə və kontrola  can atırlar. İş yerində möhkəm nəzarət həyatda da daha çox nəzarət deməkdir.

Təəssüf ki, bir çoxumuzun  həyatını köhnə pinbol avtomatının parlaq metal topuyla müqayisə etmək olar; o ,bir ağrılı maneədən digərinə atılır.

Hər kəs müxtəlif maneələrlə üzləşir, lakin çətinliklərin onları qırmasına müvəffəqiyyətli insanlar icazə verməzlər. Onların qarşısında maneə olsa belə, hədəflərinə doğru hərəkət etməyə davam edirlər.

Üstəlik, onlar tez-tez yeni zirvələrə qalxmaq üçün maneələrdən tramplin kimi istifadə edirlər.

4.  Onlar ağılla xərcləyirlər

Bunu pullu bir şəxsdən gözləmək olar, lakin pul xərcləmək məsələnin bir hissəsidir. Müvəffəqiyyətli insanlar məqsədinə doğru yaxınlaşmaqda və ya uzaqlaşmaqda bütün ehtiyatların (vaxt, davamlı təhsil, münasibətlər və gözlənilən vəsait) necə işlədiyini gözəl anlayır.

Müəllimlər öz tələbələrinə tez-tez deyirlər ki, hətta 40 yaşında belə biznesə başlaya bilməzlər, əgər onlar buna hərtərəfli hazırlanmasalar.

Yer kürəsini başdan-başa gəzməyi hədəf qoysanız, bunu yerinə yetirmək üçün vaxt, pul və ağıl lazım olacaq. Bəlkə də, eyni məqsədə sahib olan yaxşı dost tapa bilərsiniz və o, layihədə iştirak etməkdən məmnun olacaq.

  5. Onlar təqaüd mərhələsini uğura doğru yeni bir addım kimi qiymətləndirirlər

Ən xoşbəxt və ən uğurlu  insanlar yaşlılıq dövründə də işlərini dayandırmırlar.

Onların bir çoxu rəsmi olaraq təqaüdə çıxıb, lakin müxtəlif sahələrdə, əsasən xeyirxahlıqda, fəaliyyət göstərməyə davam edirlər.

Keçmiş ABŞ prezidenti Cimmi Karterə heyran olmamaq çətindir, 92 yaşında hələ də tədris edir, eyni zamanda  xərçəng xəstəliyindən müalicə alır.

Son xəbərlər
Digər xəbərlər