8 C
Baku
Tuesday, March 19, 2024

Maliyyə davranışının zərərli ssenariləri hansılardır?

Gəlir itirdikdə sahibkar dostlarınızdan adətən məsləhət qismində hansı cümlələri eşidirsiniz? “Sən hələ çox işləməli və daha az yatmalısan! Biznes asan məsələ deyil?” Psixoloqlardan isə başqa nəzər nöqtəsini eşidəcəksiniz.

Uğur qorxusu deyilən bir anlayış var. O müxtəlif formalarda yarana və insanları sırf psixika üçün “belə daha təhlükəsizdir” deyə itki və uğursuzluqlara gətirib çıxara bilər.

Beləliklə, maliyyə davranışını araşdıran müasir psixoloqlar maliyyə davranışının 4 əsas açar mövqeli ssenarisini təyin ediblər. Adətən bunları hiss etmək mümkün olmur, bu ssenarilər hələ uşaqlıq dövründə yaranır, qərarlarımızı idarə edir, bəzən hətta həyat və təminat ilə balı dəhşətli effektlər yaradır.

İlk ssenari – pulların əlçatmazlığına qarşı dərin inam hissidir. Pulları nə isə pis bir şeylə əlaqələndirən və yaxud özünün pul qazanmağa yaramadığını düşünən insan gəlir əldə etmək potensialı ilə üzləşdikdə həyəcan və yaxud ikrah hissi duya bilər. Bu insanlar həddindən artıq çox və səylə işləyə bilər. Lakin sərfəli müqavilənin iki addımlığında öz motivasiyasını itirir, potensial partnyorlardan səbəbsiz yerə şübhələnməyə başlayır, müqaviləni dəyərsizləşdirir.  

İkinci ssenari pul ilə bağlı şablon olaraq qəbul edilən inanclara əsaslanır. Bir çoxları inanır ki, çoxlu pul istənilən problemi həll etməyə və insanı sözün əsl mənasında xoşbəxt etməyə qadirdır. Pullara qarşı bu münasibəti bəsləyən insanlar daim borc içində olmağa və bütün tələbatlarını ödəməyə çalışaraq gəlirini tez bir zamanda xərcləməyə meyillidirlər. Eyni davranışlara sahib sahibkarlar nadir hallarda təhsilə pul xərcləyir. Bunun əvəzində onlar digər insanların diqqətini cəlb etmək üçün dəbdəbəli ofis icarəyə götürməyi, həddindən artıq bahalı saat və geyim almağı yaxşı bacarır. Şəxsi həyatda isə qohumlarına və “sevgi xatirinə” ikinci yarılarına pul xərcləyirlər.

Üçüncü ssenari isə gəlir səviyyəsinin insanın dəyərini təyin etdiyi inancına əsaslanır. Belə insanlar riskli və tez pul əldə edilməsi vasitələrinə – alış-satış müqavilələri, treydinq, investbankçılıq – meyillidirlər. Bu ssenariyə meyilli şəxslər eyni dəyərlərə malik dostlar seçirlər. Beləliklə, elə bir an gəlir ki, onlar hər kəsin eyni bir şeyə – böyük pullara can atdığı əhatəyə sahib olurlar.

Maliyyə məyusluğu və yaxud zərərlə üzləşən əksər sahibkarlar böhranı, neft qiymətlərini, məşğul olduqları sahə üzrə vəziyyəti və s.ni günahlandırmağa meyillidirlər. Lakin ilk öncə düşünməkdə fayda var: “Bəlkə, pullarla bəxtimin gətirməməyinin əsl səbəbkarı elə mən özüməm?!”.

Son xəbərlər
Digər xəbərlər